
Bakı. Trend:
Bu gündən ümumi təhsil müəssisələrində payız tətili başa
çatıb.
Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyindən məlumat verilib.
Noyabrın 21-i ümumi təhsil müəssisələrində payız tətilindən
sonra ilk dərs günüdür.
Xatırladaq ki, Nazirlər Kabinetinin “Ümumi təhsil
müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında”
qərarına əsasən, ümumi təhsil müəssisələrində payız tətili noyabrın
16-dan 20-dək olan günləri əhatə edir.

