
“Qazilərimizə Allahdan möhkəm can sağlığı arzulayırıq. Şəhidlərimizə Allah rəhmət eləsin onların fədakarlığı sayəsində bu günüləri gördük”.
APA xəbər verir ki, bunu bu gün öz doğma yurduna qayıdan keçmiş məcburi köçkün Səfurə Heydərova deyib.
“Bizə bu qüruru və sevinc dolu günləri yaşatdığı üçün Ali Baş Komandanımız, ölkəmizin fatehi İlham Əliyevə də Allahdan can sağlığı diləyirik”, – o əlavə edob.

