Əmircan qəsəbəsində işıq kəsiləcək

Baş səhifə

Bakı.Trend:

Əmircan qəsəbəsində təmir və yenidənqurma işləri ilə əlaqədar
elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı
İdarəsi (RETSİ) ərazisində yerləşən Əmircan qəsəbəsinin elektrik
şəbəkəsində təmir və yenidənqurma işləri həyata keçiriləcək.




Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Elxan
Həsənov, Malik Mustafayev, Zülal Tağıyev, İlham Şükürov küçələrində
elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən
ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir