
Bakı.Trend:
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyi tərəfindən Ağdam şəhərində növbəti əmək
yarmarkası keçirir.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, əmək yarmarkası işğaldan azad
edilən ərazilərə daimi qayıdan sakinlərin müvafiq işlə təmin
olunması məqsədilə təşkil edilib.
Yarmarkada mütəxəssis, xəzinədar, qənnadçı, nəzarətçi,
qeydiyyatçı və s. işlər üzrə 67 vakansiya təqdim ediləcək.
Aktiv məşğulluq tədbirinin iştirakçılarına Agentliyin icra
etdiyi layihə və tədbirlər, həmçinin vakansiyalar, iş öhdəlikləri
barədə ətraflı məlumat veriləcək.

