Azərbaycan və İsrail neft-qaz sahəsində birgə fəaliyyətin dərinləşdirilməsini müzakirə ediblər

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və İsrail neft-qaz sahəsində birgə fəaliyyətin
dərinləşdirilməsi üzrə müzakirələr aparıblar.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.




“İsrail Dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin energetika
və infrastruktur naziri Eli Kohen ilə görüşməkdən məmnun olduq.

Görüş zamanı enerji və su sektorlarında mövcud əməkdaşlığın
gücləndirilməsi, neft-qaz sahəsində birgə fəaliyyətin
dərinləşdirilməsi barədə fikir mübadiləsi apardıq”, – paylaşımda
qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir