2025-ci ilin sentyabrında Azərbaycan Türkiyənin ikinci ən böyük qaz tədarükçüsü olub

Baş səhifə

Bakı.Trend:

Azərbaycan 2025-ci ilin sentyabr ayında Türkiyənin üç ən böyük
təbii qaz tədarükçüsü sırasında mövqeyini qoruyub saxlayıb.

Trend bu barədə
Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsinə (EPDK)
istinadən xəbər verir.

Hesabat dövründə Türkiyə Azərbaycandan 958,25 milyon kubmetr
təbii qaz idxal edib ki, bu da 2024-cü ilin sentyabr ayı ilə
müqayisədə 7,44 faiz azdır.




Bununla belə, Azərbaycan Türkiyəyə boru kəməri ilə qaz tədarük
edən ölkələr arasında ikinci yeri tutub və aylıq tədarük həcminə
görə İran İslam Respublikasını qabaqlayaraq yalnız Rusiya
Federasiyasından geri qalıb.

Həmin dövrdə Türkiyə İran İslam Respublikasından 807,41 milyon
kubmetr təbii qaz idxal edib ki, bu da ötən ilin eyni ayındakı
510,95 milyon kubmetrlə müqayisədə 58,02 faiz çoxdur. Rusiya
Federasiyası isə ən böyük tədarükçü statusunu qoruyub saxlayaraq
sentyabr ayında 1,447 milyard kubmetrdən çox təbii qaz ixrac edib.
Ötən ilin analoji dövründə bu göstərici 1,446 milyard kubmetrdən
çox olmuşdu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir