Bakıda D-8 Media Forumu keçirilir

Baş səhifə

Bakı. Trend:

Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media
sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin
rəhbərlərinin, digər yüksək vəzifəli nümayəndələrin və sahə üzrə
tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və
regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu
keçirilir.

Trend xəbər
verir, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən
forumda regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinin
təkmilləşdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi,
dezinformasiyaya qarşı mübarizə üzrə birgə mexanizmlərin
formalaşdırılması, rəqəmsal media istiqamətində birgə layihələrin
təşviqi və təcrübələrin paylaşılması məsələləri müzakirə
olunacaq.

Forum çərçivəsində “Məsuliyyətli jurnalistika və rəqəmsal
innovasiya” və “Strateji kommunikasiya və böhranın idarə olunması”
mövzularında iki panel sessiyanın, həmçinin “Rəqəmsallaşan dünyada
media etikası: Texnologiyalar, trendlər və narrativlər” mövzusunda
vörkşopun təşkili planlaşdırılır.




Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici
nümayəndə olmaqla, ümumilikdə 150-ə yaxın qonaq iştirak edir.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir