Azərbaycan ABŞ ilə Orta Dəhliz və Zəngəzur dəhlizi üzrə görülən işləri müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan ABŞ ilə Orta Dəhliz və Zəngəzur dəhlizi üzrə görülən
işləri müzakirə edib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.




“ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon və ABŞ Dövlət
Departamentinin Siyasətin Planlaşdırılması Ofisinin baş müşaviri
Conatan Askonas ilə görüşdük. Orta Dəhlizin inkişafı üçün
Azərbaycan tərəfindən görülmüş işlər barədə məlumat verdik. Bu
istiqamətdə, eləcə də Zəngəzur dəhlizi ilə bağlı iki ölkə arasında
əməkdaşlıq məsələlərini müzakirə etdik. Eyni zamanda
kibertəhlükəsizlik və süni intellekt sahələri üzrə tərəfdaşlığa
dair fikir mübadiləsi apardıq”, – paylaşımda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir