Diabetin müalicəsində inqilabi kəşf

Baş səhifə

Bakı. Trend:

Çinin Çjetszyan Universitetinin alimləri diabetin müalicəsini
həmişəlik dəyişə biləcək bir texnologiya təqdim ediblər: onlara
insulini krem vasitəsilə dəriyə çatdırmağa nail olublar.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Nature” jurnalında dərc olunan tədqiqat göstərib ki, xüsusi “OP-I” polimeri insulin molekullarını dəri baryerindən keçirə
bilir. Bu isə onların böyük ölçüsü və hidrofılliyi səbəbindən
əvvəllər demək olar ki, mümkünsüz hesab olunurdu.

Tədqiqat qrupu kremi insan dərisi modellərində, siçanlarda və
diabetli mini-donuzlarda sınaqdan keçirib. Hər yerdə nəticə adi
inyeksiyalarla müqayisə oluna biləcək səviyyədə olub: qlükoza
səviyyəsi 1–2 saat ərzində normallaşıb və 12 saata qədər stabil
qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir