AİB Biləcəri-Yalama sahəsində dəmiryolu infrastrukturunun modernləşdirilməsi layihəsini nəzərdən keçirir

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan şimal–cənub nəqliyyat
dəhlizinin əsas hissələrindən biri olan Biləcəri-Yalama sahəsində
dəmiryolu infrastrukturunun modernləşdirilməsi üzrə layihəni
nəzərdən keçirir.

Trend bu barədə
AİB-ə istinadən xəbər verir.

AİB-in məlumatına əsasən, layihə bütün sahə boyunca müasir
elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya (EST)
sistemlərinin quraşdırılmasını nəzərdə tutur.

“Xüsusilə, dayaqların və əlaqə şəbəkəsinin montajı,
yarımstansiyaların tikintisi, kabel xətlərinin çəkilməsi, yolların
və stansiyaların yeni siqnal avadanlıqları ilə təchiz edilməsi,
eləcə də müasir telekommunikasiya həllərinin – fiber-optik və
simsiz şəbəkələrin, rabitə qurğularının və bort elektronikasının
tətbiqi planlaşdırılır.




Biləcəri–Yalama sahəsi “Azərbaycan Dəmir Yolları”nın əsas
ixrac-idxal və tranzit yükdaşımalarının keçdiyi mühüm marşrutlardan
biridir. Layihə enerji baxımından səmərəli, təhlükəsiz və fasiləsiz
dəmir yolu əməliyyatlarının təmin edilməsinə yönəlib.

Layihənin maliyyələşdirilməsi AİB, Asiya İnfrastruktur
İnvestisiya Bankı (AİİB) və hökumət tərəfindən həyata
keçiriləcək.

Azərbaycan hökuməti AİB-dən ümumilikdə 1 milyard ABŞ dolları
məbləğində çoxməqsədli tranşlı maliyyələşdirmə mexanizminin
(Multitranche Financing Facility) təqdim edilməsini istəyib və
layihənin AİİB ilə birgə maliyyələşdirmə çərçivəsində icrası üzrə
AİB-in aparıcı agentlik kimi çıxış etməsini təklif edib”,
-məlumatda qeyd olunur.

Qeyd edilir ki, layihə Azərbaycanın dəmir yolu nəqliyyatının
dayanıqlı inkişafı məqsədlərinə uyğun gəlir və həm şərq–qərb, həm
də şimal–cənub istiqamətləri üzrə daşımaların səmərəliliyinin
artırılmasına yönəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir