Azərbaycanda on ayda daşınmaz əmlak əməliyyatlarına 7 milyon manat yatırılıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala
yönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədar
əməliyyatlara 7 milyon manat sərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki
göstərici ilə müqayisədə 4,2 milyon manat və ya 2,5 dəfə
çoxdur.

Belə ki, 2024-cü ilin ilk 10 ayında ölkədə əsas kapitala
yönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədar
əməliyyatlara 2,8 milyon manat sərf olunmuşdu.




Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 14,830 milyard manat və ya 2024-cü ilin
müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox investisiya
yönəldilib.

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,8 faiz
azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi
isə 6 faiz artıb.

Ümumi sərmayənin 7,500 milyard manatı və ya 50,6 faizi məhsul
istehsalı sahələrinin, 4,863 milyard manatı (32,8 faizi) xidmət
sahələrinin, 2,467 milyard manatı (16,6 faizi) isə yaşayış
evlərinin tikintisinin payına düşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir