SOCAR-ın STAR neft emalı zavodu neft idxalını və neft məhsullarının istehsalını əhəmiyyətli dərəcədə artırıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin
(SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna neft idxalı 921 419
tona çatıb və əvvəlki ilin müvafiq dövründəki 62 581 tonla
müqayisədə təxminən 15 dəfə artıb.

Trend-in
Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsi (EPDK) tərəfindən
dərc olunan məlumatlara istinadən xəbərinə görə, STAR NEZ-nin
istehsal göstəriciləri də kəskin artım nümayiş etdirib.

Dizel yanacağının istehsalı 2024-cü ilin sentyabrında qeydə
alınmış 46 397 tonla müqayisədə 11 dəfədən çox artaraq 526 976 tona
yüksəlib. Aviasiya yanacağının istehsalı isə ötən ilin 20 699
tonundan 8 dəfədən çox artaraq 173 428 tona çatıb. Mayeləşdirilmiş
neft qazının istehsalı 2 310 tonla müqayisədə 11 dəfədən çox
artaraq 26 010 ton təşkil edib. Nafta istehsalı da 2024-cü ilin
eyni dövründəki 11 956 tonla müqayisədə demək olar ki, 11 dəfə
artaraq 129 725 tona yüksəlib. Ələlxüsus, neft koksunun
istehsalında isə yüksək artım qeydə alınıb: 2025-ci ilin
sentyabrında 60 450 ton təşkil edən bu göstərici, 2024-cü ilin
həmin ayında qeydə alınan həcmdən 14 dəfədən çoxdur.




Bundan əlavə, 2025-ci ilin sentyabrında zavod 3 179 ton ağır
vakum qazoylu və 4 224 ton yüksək kükürdlü dizel yanacağı istehsal
edib. Ötən ilin sentyabrında isə bu məhsullar istehsal
olunmamışdı.

Xatırladaq ki, 5 sentyabr 2024-cü il tarixindən etibarən STAR
NEZ-də bütün avadanlıqların texniki xidməti və modernizasiya
işlərinin aparılması məqsədilə iki aylıq planlı profilaktik fasilə
tətbiq edilmişdi.

STAR NEZ-in istehsal gücünün artırılmasına yönəlmiş texniki
xidmət çərçivəsində nəzərdə tutulmuş işlər uğurla başa
çatdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir