
Bakı. Trend:
Banqladeşdə baş verən zəlzələ nəticəsində paytaxt Dəkkədə 3
nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, zəlzələnin təsiri altında Dəkkənin rayonlarından
birində yeddi mərtəbəli binanın kərpicdən divarı uçub. Qurbanlar
dağıntıların altında qalan yoldan keçən sakinlər olub.
Yeraltı təkan paytaxt sakinlari arasında təşvişə səbəb olub.
Ölkənin meteorologiya departamenti zəlzələnin Bakı vaxtı ilə
08:38-də qeydə alındığını bildirir.
xxx
09:45
Banqladeşdə 5,7 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir
ki, bu haqda Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri 337 minə yaxın
əhalisi olan Tonqi şəhərindən 23 kilometr şərqdə yerləşib. Yeraltı
ocağı isə 10 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.

