
Bakı.Trend:
Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı
Konfransı çərçivəsində Azərbaycan və İraq respublikaları arasında
FM radioyayım stansiyalarının koordinasiyasına dair görüş
keçirilib.
Trend xəbər
verir ki, bu barədə RİNN məlumat yayıb.
Bildirilib ki, Azərbaycan tərəfini Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və
Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri təmsil ediblər.
Müzakirələr zamanı 2023-cü ildə Bağdad şəhərində imzalanmış
Anlaşma Memorandumunun müddəaları nəzərə alınaraq, iki ölkə
arasında mövcud və planlaşdırılan FM radioyayım stansiyalarının
tezlikləri və digər texniki parametrləri razılaşdırılıb, bununla
bağlı protokol imzalanıb.
Görüşün yekununda qeyd olunan məsələlər üzrə əməkdaşlığın davam
etdirilməsi qərara alınıb.

