Ziraat Bank Azərbaycan IX Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı və iştirakçısı olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ziraat Bank Azərbaycan 19-20 Noyabr tarixlərində “Etibarlı,
Təhlükəsiz və Dayanıqlı Bankçılıq” mövzusunda keçirilən IX
Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı və iştirakçısı olub.

Forumun açılış panelində Türkiyə Banklar Birliyinin İdarə
Heyətinin sədri və Ziraat Bank Azərbaycanın səhmdarı olan T.C.
Ziraat Bankasının İdarə Heyətinin sədri Alpaslan Çakar çıxış edərək
dünya iqtisadiyyatının mövcud vəziyyəti, süni intellektin bankçılıq
sektoruna təsiri, rəqəmsal bankçılıq sistemində sürətlə gedən
transformasiya və qlobal risklərin idarə olunması barədə danışaraq,
dayanıqlılıq və innovasiyanın bank sektorunun gələcək
strategiyalarında əsas istiqamətlərdən biri olduğunu
vurğulayıb.

Tədbir Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan
Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, Azərbaycan
Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası
Mərkəzinin dəstəyi, “Mastercard” beynəlxalq ödəniş sisteminin
qlobal tərəfdaşlığı ilə keçirilib.




Forum çərçivəsində səsləndirilən fikirlər bank sektorunda
innovasiya, rəqəmsal həllər, data əsaslı idarəetmə və süni
intellekt texnologiyalarının gələcək strategiyalar üçün nə qədər
kritik olduğunu bir daha təsdiqlədi.

Qeyd edək ki, Ziraat Bank Azərbaycan ölkəmizdə təşkil olunan bu
nüfuzlu maliyyə və bankçılıq tədbirində fəal iştirakı və
tərəfdaşlıq dəstəyinə görə Azərbaycan Banklar Assosiasiyası
tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir.

Ziraat Bank Azərbaycan ASC, 162 illik tarixə malik Türkiyə
Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank,
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş
30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət
göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul
və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində
yerləşən 11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar
vasitəsilə təqdim edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın

Instagram
, X-platforması,
Linkedin,
YouTube
sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək
əldə edə bilərsiniz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir