Vilayət Eyvazov Gürcüstana səfər edib, saziş imzalanıb

Baş səhifə

Nayabrın 21-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gürcüstana səfər edib.

DİN Mətbuat Xidmətindən APA-ya bildirilib ki, nazir Vilayət Eyvazovun Tbilisidə Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşü olub.

Görüşdə ölkələrin Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.

Səfər çərçivəsində nazirliklər arasında qarşılıqlı informasiya mübadiləsi, əməkdaşlıq və birgə təhlükəsizlik tədbirlərinə dair saziş imzalanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir