Vergilərin qaytarılması qaydaları dəyişir

Baş səhifə

Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması qaydalarında dəyişiklik edilir.

Metbuat.az xəbər verir ki, bu məsələ Milli bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

Qanun layihəsində yuxarıda sözügedən istisnanın aradan qaldırılması təklif edilir.

191.5-ci maddədə bildirilib ki, bu Məcəllə ilə müəyyən edilən aksizli mallara tətbiq edilən aksiz dərəcələrinin “Tibbi sığorta haqqında” Qanunla müəyyən edilmiş hissəsi icbari tibbi sığorta fonduna ödənilir.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir