Paytaxtda turizm şirkətindən 20 min manat oğurlayan şəxs saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Nəsimi rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs
axşam saatlarında rayon ərazisində yerləşən turizm şirkətlərinin
birindən 20 min manat oğurlayıb. Bu barədə zərərçəkən tərəf polisə
məlumat verib.

Trend-in
məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə
cinayət əməlini törətməkdə şübhəli bilinən Ş.Hüseynov müəyyən
olunaraq saxlanılıb. Araşdırmalarla onun daha bir vətəndaşa məxsus
mağazadan 620 manat oğurladığı da məlum olub.




Digər tədbirlər zamanı isə rayon ərazisində yerləşən özəl
klinikaların birindən 540 manat oğurlamaqda şübhəli bilinən
Ş.Həsənov da tutulub.

Araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir