​9 yaşlı Nuraya AFFA yox dedi, İsveçdən təklif gəldi

Baş səhifə

9 yaşlı futbolçu qıza İsveçdən təklif gəlib.

Metbuat.az-ın məlumatına görə, bu barədə futbol eksperti Kənan Məstəliyev sosial mediada paylaşıb.

O bildirib ki, Sumqayıt sakini 9 yaşlı Nuraydan AFFA imtina edib:

“Dəhşət futbol sevgisi var. Azərbaycanda qız liqaları 12 yaşdan başlayır, o yaşa qədər də yaşadığı şəhərdə – Sumqayıtda qız komandası yoxdur. Bakıya da aparıb-gətirmək alınmır. Çıxılmaz vəziyyət yaranıb. Məşqçiləri AFFA-ya müraciət edərək istisna hal kimi yaşıdı oğlanlarla bir komandada oynamağa icazə vermələrini xahiş ediblər. Qurum qaydaları əsas gətirərək imtina edib”.

Ekspert AFFA-dan kiçik qıza “yaşıl işıq” yandırmağı xahiş edib:

“Məndə olan məlumata görə, artıq uşağa İsveçdən təklif var, israrlıdırlar. Aparacaqlar, 6-7 ildən sonra gedib ailəsinin qapısında yatacağıq ki, bəs gəlsin yığmamızda oynasın. Hazır kadrdır. Onsuz da bütün günü oğlanlarla oynayır, üstələyir onları. Belə istisnalar əvvəllər edilib, bəzi qızlara icazə verilib. Onsuz da aşağı yaş qruplarında yarışlarda nəticə əhəmiyyət daşımır, hesablar yazılmır. Rəqabət həvəskar səviyyədədir. İstisna kimi şans verək, necə effekt verəcəyini yoxlayaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir