
Bakı. Trend:
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Portuqaliyaya
430,7 milyon ABŞ dolları dəyərində 803,4 min ton bitumlu
süxurlardan əldə olunmuş xam neft və xam neft məhsulları ixrac
edilib.
Bu barədə Trend
Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
dəyər ifadəsində 200,4 milyon ABŞ dolları və ya 31,8% azalıb, həcm
baxımından isə 201,8 min ton və ya 20,1% azalıb,
Hesabat dövründə Portuqaliya Azərbaycanın neft və neft
məhsullarını idxal edən ölkələr arasında 6-cı yerdə qərar
tutub.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin yanvar-oktyabr aylarında
Azərbaycan ümumilikdə 10,9 milyard ABŞ dolları dəyərində 20,8
milyon ton xam neft və neft məhsulları ixrac edib.

