Heyvan bazarları nə vaxt açılacaq? –

Baş səhifə

Oktyabrın 25-dən etibarən Azərbaycanda fəaliyyət göstərən heyvan bazarları müvəqqəti bağlanıb. Bəs bazarlar nə vaxt açılacaq, bu vaxtadək hansı işlər görülüb?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə epizootoloji stabilliyin qorunması məqsədilə respublikanın müxtəlif bölgələrində heyvan bazarlarında monitorinqləri davam etdirir:

“İlkin nəticələrə əsasən, ölkə üzrə bir sıra bazarlarda artıq yenidənqurma işlərinə aparılır. Bazar sahiblərinə ərazilərin AQTA Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq işlərin aparılması üçün nümunəvi eskiz layihələri təqdim olunub, görülən tədbirlər həmin layihələr əsasında görülür. Ərazilərə dezbaryerlər quraşdırılır, baytar həkimlərin fəaliyyəti üçün şərait yaradılır”.

Məlumata görə, bazar sahibləri işləri yekunlaşdırdıqdan sonra Agentliyə ediləcək müraciət əsasında fəaliyyətləri bərpa olunacaq:

“AQTA bir daha xəbərdarlıq edir ki, bazarların fəaliyyətə başlaması bilavasitə bazar sahiblərindən asılıdır. İnfrastrukturun normativ tələblərə uyğun şəkildə tam yenilənməsi, uyğunsuzluqların aradan qaldırılması və Agentliyin yekun qiymətləndirməsindən sonra həmin bazarların fəaliyyətinə icazə veriləcək”.

Qeyd edilib ki, rekonstruksiya işləri aparılmayan bazarların fəaliyyətə başlaması mümkün olmayacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir