
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyana Qazaxıstan Respublikasının ən yüksək mükafatının verildiyini elan edib.
Modern.az xəbər verir ki, Kasım-Jomart Tokayev bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanla bugünkü görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
“Hörmətli cənab Baş nazir, siz beynəlxalq ictimaiyyət tərəfindən güclü, uzaqgörən lider və siyasətçi kimi tanınırsınız. Sizin rolunuzu nəzərə alaraq, bu gün Qazaxıstan Respublikasının ən yüksək mükafatını təqdim etdim. Bu addım ölkələrimiz arasında dostluğun əlamətidir və eyni zamanda münasibətlərimizi daha da dərinləşdirmək öhdəliyimizin sübutudur”, – Tokayev vurğulayıb.

