Azərbaycan Fransaya neft ixracını artırdı

Baş səhifə

Cari ilin 10 ayı ərzində Azərbaycandan Fransaya 143 milyon dollar dəyərində 281 min tondan çox bitumlu süxurlardan alınan xam neft və onun məhsulları ixrac olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Ötən ilin eyni dövründə Fransaya 57 milyon 85 min dollar dəyərində 89 min 712.83 ton xam neft və neft məhsulları ixrac olunmuşdu. Bu isə o deməkdir ki, bu ilin göstəriciləri 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 2.5 dəfə və ya 85.9 milyon dollar, həcm baxımından isə 3.1 dəfə və ya 191.3 min ton üstələyir.

Qeyd edək ki, hesabat dövründə Fransaya ümumilikdə 150 milyon 835.58 min dollar dəyərində mal ixrac edilib. 201 milyon 819.53 min dollar mal isə idxal olunub. Ötən ilin müvafiq dövründə isə göstəricilər olaraq belə olub: İxrac 64 milyon 312.35 min, idxal isə 199 milyon 405.06 min dollar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir