
Astana. Trend:
Qazaxıstan Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini
alqışlayır.
Trend Qazaxıstan
prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə
Kasım-Jomart Tokayev Ermənistan baş naziri Nikol Paşinyanla
keçirdiyi görüşün yekunlarına dair KİV nümayəndələrinə danışıb.
O həmçinin, ABŞ Prezidenti Donald Trampın Ukraynadakı vəziyyətin
nizamlanması istiqamətində göstərdiyi səyləri və onun təqdim etdiyi
planı dəstəklədiyini bildirib.
Tokayev qeyd edib ki, Paşinyanla danışıqlar zamanı aktual
regional və beynəlxalq gündəm üzrə fikir mübadiləsi aparılıb, bir
çox məsələlərdə mövqelərin oxşarlığı vurğulanıb.
Xatırladaq ki, 8 avqustda Vaşinqtonda ABŞ Prezidentinin iştirakı
ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri
Nikol Paşinyan Birgə Bəyannamə imzalayıblar. Həmin gün hər iki
ölkənin xarici işlər nazirləri sülhün və dövlətlərarası
münasibətlərin qurulması barədə sazişi paraflayıblar

