
Bakı.Trend:
Altı rəqəmli dövlət qeydiyyat nişanları ilə bağlı sosial
şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Trend-ə Bakı Şəhər baş Dövlət Yol Polisi İdarəsindən
məlumat verilib.
Bildirilib ki, hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan
dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik
nəzərdə tutulmur.
“Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə,
bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq”,- deyə
məlumatda qeyd edilib.

