Kommunikasiya Türkiyənin dövlət idarəçiliyində aparıcı mövqelərdən birini tutur – Bora Bayraktar

Baş səhifə

Bakı. Trend:

Türkiyə Media Mükəmməllik Mərkəzi üçün qiymətləndirmə,
monitorinq, böhran hallarında idarəetmə üzrə tövsiyələr verə
bilər.

Trend xəbər
verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya
İdarəsinin Strateji kommunikasiya və böhran idarəetməsi
departamentinin rəhbəri, dosent Bora Bayraktar D-8 Media Forumu
çərçivəsində keçirilən “Strateji kommunikasiya və böhranın idarə
olunması” adlı panel sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyədə kommunikasiya dövlət idarəçiliyində
aparıcı mövqelərdən birini tutur:




“Terrorla mübarizə, təbii fəlakətlər, ölkəmizin ətrafında baş
verən Rusiya-Ukrayna müharibəsi kimi məsələlər böhran
vəziyyətləridir. Bizdə məlumatlara yönəlmiş model ətrafında
fəaliyyət həyata keçirilir. Bütün aidiyyatı qurumların vahid
kommunikasiya ətrafında birləşməsinə çalışırıq. Böhran
vəziyyətlərində də işi bu cür qurmaq hədəfimizdir. Ssenari əsaslı
planlar qurulur, ölkəmizin ətrafında kommunikasiya kanallarını
nəzərdən qaçırmamağa çalışırıq. Bunlardan biri də süni
intellektdir. Biz də saxta informasiyalarla üzləşirik. Bunlara
cavab vermək üçün bizim strukturlaşdırılmış strategiyamız var.
Məlumat axınını şəffaf qaydada təmin etmək üçün əlimizdən gələni
edirik. Şəbəkə vasitəsilə baş verən hadisələrə qarşı müntəzəm
məlumat toplamaqla vəziyyəti nəzərdə saxlamağa, toplanan məlumatı
aidiyyatı qurumlara ötürməyə çalışırıq”.

“Bölgədə yaranan böhran vəziyyətlərində isə digər ölkələrlə
kommunikasiyada olmağa çalışırıq. AFAD təsisatımız təbii fəlakətin
fəsadlarına qarşı tədbirlər aparır. NATO ölkəsi olaraq
tərəfdaşlarla birlikdə cavab tədbiri görməyə çalışırıq”, – deyə
Bora Bayraktar əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir