Yunanıstan türk balıqçılara atəş açdı

Baş səhifə

Türkiyənin Aydın vilayətinin Didim rayonu ilə Agathonisi adası arasındakı su hövzəsində balıq tutan türklərlə Yunanıstanda sahil mühafizəsini həyata keçirən əməkdaşlar arasında gərgin anlar yaşanıb. Yunanıstanlı mühafizəçilər türk balıqçılara atəş açıb.

Metbuat.az xəbər verir ki, insident nəticəsində “Hasip Reis-3” adlı balıqçı gəmisi zərər görüb.

“Hasip Reis-3”ün kapitanı Həsən Aygün hücumun Türkiyənin ərazi sularında həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, 3 yunan gəmisinin hücumuna məruz qalan türkiyəli balıqçılar ərazidən uzaqlaşıblar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir