
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları Lənkəranda Böyük Bazar məhəlləsi ərazisində ət satışı məntəqələrində monitorinq keçirib, baytar nəzarətindən keçməyən ət satışının qarşısı alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı Anar İbrahim oğlu Ağayevə və İlqar Əlişirvan oğlu Axundova məxsus məntəqələrdə ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb.
Faktla bağlı fiziki şəxslər barəsində inzibati protokol tərtib edilib. Ətlər istehlaka yararlılığın araşdırılması məqsədilə satışdan çıxarılaraq möhürlənib və nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

