ABŞ diplomatı: TRIPP təşəbbüsü Qara dəniz regionunu daha da gücləndirəcək

Baş səhifə

ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında inkişaf etdirilən TRIPP təşəbbüsü Qara dəniz regionunu daha da gücləndirəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini icra edən Alen Pursell Tbilisidə Qara dəniz platforması çərçivəsində keçirilən konfransda deyib.

O, Orta Dəhlizin əhəmiyyətindən də danışıb. Qeyd edib ki, ABŞ bu istiqamətdə Gürcüstanı və bütün regionu konkret investisiyalarla, o cümlədən yeni Poti Dəniz Limanının inkişafına əhəmiyyətli töhfə verməklə və Gürcüstanın tranzit potensialını Amerika biznesinə təqdim etməklə dəstəkləməkdə davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir