Qəhvəyi mərmər bağacığına qarşı 28 rayonda monitorinqlər aparılıb

Baş səhifə

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi
(AXA) tərəfindən respublika ərazisində qəhvəyi mərmər bağacığına
qarşı mübarizə tədbirləri planlı şəkildə həyata keçirilir.

Cari ilin oktyabr ayının əvvəlindən etibarən aparılan monitorinq
və mexaniki-kimyəvi mübarizə tədbirləri zərərvericinin yayılmasının
qarşısını almağa yönəlib.

Trend xəbər
verir ki, bu barədə Aqrar Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilib ki, oktyabr ayından bu günədək 28 rayon, 203 kənd və
5693 məntəqədə qışlama yerlərinin monitorinqi aparılıb. Monitorinq
nəticəsində aşkarlanmış zərərvericilərə qarşı 12 rayon və 70 kəndi
əhatə edən 1679 məntəqədə ümumilikdə 106 023 fərd üzrə mexaniki
mübarizə tədbirləri görülüb.




Bundan əlavə, 6 rayon üzrə 79 kənddə və 1400 məntəqədə kimyəvi
mübarizə tədbirləri də həyata keçirilib. AXA əməkdaşları tərəfindən
23 980 nəqliyyat vasitəsində və 17 101 vaqonda dezinfeksiya işləri
aparılıb.

Eyni zamanda bu istiqamətdə həyata keçirilən tədbirlər
çərçivəsində maarifləndirmə sahəsində də ciddi addımlar atılıb.
Belə ki, 29 rayon və 202 kənddə ümumilikdə 10 624 vətəndaşın
iştirakı ilə təlim və maarifləndirmə tədbirləri təşkil olunub.

Qeyd edək ki, bu tədbirlər zərərvericinin yayılmasının qarşısını
almaq, kənd təsərrüfatına vurula biləcək ziyanı minimuma endirmək,
əhalinin və fermerlərin maarifləndirilməsi məqsədi daşıyır. İştirak
edən vətəndaşlara zərərverici ilə mübarizə üsulları barədə ətraflı
məlumat verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir