Çin orbitə eksperimental rabitə peyki göndərib

Baş səhifə

Bakı. Trend:

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC)
eksperimental “Shiyan-21” rabitə peykini uğurla orbitə çıxarıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, buraxılış bu gün Pekin vaxtı ilə saat 18:55-də
(Bakı vaxtı ilə 14:55) Siçuan kosmodromundan CZ-3B (“Çanqjan-3-bi”)
raketi vasitəsilə həyata keçirilib. “Çanqjan” raket daşıyıcıları
seriyası üçün bu, sayca 609-cu missiyadır.

CZ-3B (buraxılış zamanı onun CZ-3B/E modeli istifadə olunub)
üçpilləli, maye yanacaqlı raketdir və onun başlıq örtüyünün
diametri 4,2 metrdir. Raketin uzunluğu 56,3 metrə çatır və o, Yer
orbitinə 12 tona qədər faydalı yük çıxarmağa qadirdir. Adətən bu
daşıyıcı peykləri geostasionar keçid orbitinə göndərmək üçün
istifadə olunur və ora 5,5 tona qədər yük çatdıra bilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir