AZAL səyahətləri daha rahat edir: minik talonlarını artıq “Apple Wallet” və “Google Wallet”də saxlamaq mümkündür

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı AZAL qeydiyyat və uçuşa minik
prosesini daha da sadələşdirən yeni rəqəmsal funksiyanı istifadəyə
verib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Trend-ə
verilən məlumata görə, bu yenilik sayəsində sərnişinlər minik
talonlarını “Apple Wallet” və “Google Wallet” mobil pulqabılarında
saxlaya bilərlər. Xidmət AZAL-ın mobil tətbiqi vasitəsilə aviabilet
əldə edən bütün sərnişinlər üçün əlçatandır.

Onlayn qeydiyyatdan sonra sərnişinlər sadəcə elektron minik
talonunu pulqabına əlavə edə və internet bağlantısı olmadan onu
smartfondan təqdim edə bilərlər. Bu həll uçuşa minik prosesini
sürətləndirir, hava limanında nəzarət prosedurlarını daha rahat
edir və sərnişinləri kağız sənədləri çap etmək zərurətindən azad
edir.




Uçuşla bağlı bütün məlumatlar bir yerdə saxlanılır və səyahət
boyu əlçatan olur. Bu, xüsusilə tranzit uçuşlar və rouminq zamanı
istifadəçilər üçün əlverişli imkan yaradır.

Yeni funksiyanın istifadəyə verilməsi AZAL-ın rəqəmsal
xidmətlərin inkişafı və səyahətləri daha komfortlu edən
innovasiyaların tətbiqi strategiyasının tərkib hissəsidir.
Aviaşirkət gələcəkdə də sərnişinlər üçün müasir və rahat rəqəmsal
həllər təqdim etməyi davam etdirəcək.

Yeni funksiyanın istifadəsinə dair qısa video-təlimatla burada tanış ola bilərsiniz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir