
Türkiyə milli komandası heyətini gücləndirməyə qərar verib. Ay-ulduzlular Argentinanın gənclər qrupunda çıxış edən 17 yaşlı ulduzu əsas heyətə qatmaq üçün hərəkətə keçiblər.
Metbuat.az xəbər verir ki, DÇ-2026-ya doğru inamla irəliləyən Türkiyə yığması hazırda Argentinada top qovan 17 yaşlı Can Armando Güneri komandaya cəlb etməyə yaxındır.
Qeyd edək ki, Can Armando Güner Bundesliqa təmsilçisi “M’Gladbach”da çıxış edir. Onun anası alman, atası türk, nənəsi isə argentinalıdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

