Rumıniya Azərbaycandan neft idxalını əhəmiyyətli dərəcədə artırıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Rumıniyaya
ümumilikdə 869,6 min ton həcmində, 475,9 milyon ABŞ dolları
dəyərində bitum süxurlardan əldə olunmuş xam neft və neft
məhsulları ixrac olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu, dəyər
ifadəsində 125,1 milyon ABŞ dolları və ya 35,7 faiz, həcm baxımında
isə 283,9 min ton və ya 48,5 faiz çoxdur.




Hesabat dövründə Rumıniya Azərbaycandan neft və neft məhsulları
idxal edən ölkələr arasında beşinci yerdə qərarlaşıb.

Qeyd olunmalıdır ki, 2025-ci ilin yanvar-oktyabr aylarında
Azərbaycan 10,9 milyard ABŞ dollarından çox dəyərdə – təxminən 20,8
milyon ton xam neft və neft məhsulları ixrac edib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 1,9 milyard dollar (15%) azalıb, həcm ifadəsində isə
182,6 min ton (0,9%) artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir