
Bakı. Trend:
Heydər Əliyev Fondunun və Azərbaycan Animasiya Assosiasiyasının
təşkilatçılığı ilə noyabrın 21-də Lənkəran şəhər Mədəniyyət
Mərkəzində “ANİMAFİLM Lənkəranda” festivalı keçirilib.
Trend xəbər
verir ki, “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində
təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti,
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena
Əliyeva iştirak ediblər.
Festivalda uşaqlara 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya
Festivalında nümayiş olunmuş “Tarix”, “Həmişəyaşıl”, “Narqız”,
“Pulun dili”, “Soyuz Qraviton” animasiya filmləri ilə yanaşı, yeni
“Yer və Ay”, “Bum-bum” filmləri də təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə keçirilən tədbir uşaqlara, onların təhsili
və inkişafına xüsusi diqqətlə yanaşı, həm də Azərbaycan animasiya
sənətinin azyaşlılar arasında təbliği baxımından böyük əhəmiyyət
daşıyır.

