
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ona bitişik rayonların xüsusi vəziyyət bölgəsinin komendantı olmuş general-mayor Vladislav Safonov vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-nin məlumatında bildirilib.
Safonov “Dəmir general” ləqəbi ilə tanınırdı. 1988-ci ildən 1990-cı ilə qədər Safonov Qarabağın və Azərbaycan torpaqlarının Azərbaycan əhalisinin erməni işğalından qorunmasına mühüm töhfələr verib. Məhz onun prinsipial mövqeyi sayəsində həmin illərdə Qarabağda nisbi sabitlik təmin edilib. Bunun üçün general ermənilərin “miatsum” mitinqində ölüm hökmünə məhkum edilib.
Sonradan Rostov-na-Donuya köçən general erməni terrorçularının bir neçə sui-qəsd cəhdinə məruz qalıb.
General Vladislav Safonov 20 noyabr 2025-ci ildə Volqoqrad vilayətində insult nəticəsində vəfat etdi. O, 84 yaşında idi.
Allah rəhmət eləsin.

