
Azərbaycanda avtomobil nömrələri ilə bağlı yeni qanuna görə, dövlət qeydiyyat nişanlarında “mikroçip” elementi və rəqəmlərlə hərflər arasındakı “defis” işarəsi ləğv edilib.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, nömrələrin ümumi görünüşündə ciddi dəyişiklik gözlənilmir:
“Dövlət nömrə nişanlarının forması və ya ölçüsü dəyişmir. Hamısı olduğu kimi qalır. Dəyişən sadəcə rəqəmlər sistemidir. Bu yenilik nə sürücülərə, nə də yol hərəkətinə hər hansı təsir göstərəcək”.
Ekspertin sözlərinə görə, hazırda istifadə olunan nömrələrin dəyişdirilməsi məcburi deyil və onlar əvvəlki qaydada etibarlı sayılacaq. Yeni sistem yalnız bundan sonra veriləcək nömrələrdə tətbiq olunacaq.
Sevinc İbrahimzadə / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

