
Ukraynanın Odessa şəhərində ticarət mərkəzlərinin birində partlayış baş verib.
APA Ukrayna mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə bir nəfər ölüb.
“İlkin araşdırmalar bir nəfərin öldüyünü və daha bir nəfərin xəsarət aldığını göstərir. Ərazidə fövqəladə hallar əməkdaşları fəaliyyət göstərir. Hadisənin baş vermə şəraiti araşdırılır”, – Milli Polis Kommunikasiyalar Şöbəsi bildirib.

