CNN: ABŞ Rusiya və Ukraynanın ilin sonunadək sülh razılaşması əldə etməsini istəyir

Baş səhifə

ABŞ Rusiya və Ukraynanın bu ilin sonuna kimi sülh razılaşması əldə etməsini istəyir.

APA xəbər verir ki, bu barədə məlumatlı mənbələr CNNə bildirib.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəsin bərqərar olunmasında vasitəçilik etdikdən qısa zaman sonra Rusiya-Ukrayna münaqişəsinin həllini özü üçün prioritet müəyyən edib.

“Tramp administrasiyası Qətər və Türkiyə də daxil olmaqla, Qəzza atəşkəsində vasitəçilik rolu oynamış ölkələrin Ruiya-Ukrayna müharibəsində də diplomatik rol oynamasını nəzərdən keçirib. ABŞ onların daha fəal diplomatik rol oynamağını istəyir, lakin pərdə arxasında”, – mənbələr qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir