Məşhur müğənni bazarda qarpız satır

Baş səhifə

İstanbulu tərk edərək Muğlanın Göcek qəsəbəsinə köçən məşhur müğənni Koray Avcı verdiyi açıqlamalarla hər kəsi təəccübləndirib.

Metbuat.az xəbər verir ki, sevilən sənətçi yay aylarında bazarda qarpız satdığını deyib.

İstanbulun Üsküdar səmtində menecerinin qəhvəxanasının açılışına qatılan Koray Avcı “Göcek qəsəbəsinin yerləşdiyi Fethiyənin Cümə bazarında köşküm var, ürəyim istəyəndə gedib orada qarpız satıram. Bunu İstanbulda harda edəcəksən? Onsuz da izdiham var, dərhal şouya çevirəcəklər. Orada isə şou deyil, işlə məşğul oluram”, – deyib.

İstanbula ara-sıra gəldiyini deyən Avcı dəniz həyatının çətin olduğunu və uzun məsafələr qət etmək üçün tez-tez sükan arxasına keçdiyini bildirib.

Koray Avcı sözlərinə belə davam edib: “Atam üçün yelkənli qayıq aldım. Üzmək imkanı olmadı, ona görə də mənə qaldı. Sonradan kapitan olmağa qərar verdim və məşq etdim. Yelkənli qayıq kiçik, sakit bir evə bənzəyir. Orada yaşayıram. Atamın sayəsində o sakitlikdən həzz alıram, gözəl musiqilər bəstələyirəm. Həvəskar kapitanam, amma hər şeyi bacarıram”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir