
Bakı. Trend:
Türkiyə Super Kuboku oyunlarının püşkü atılıb.
Trend xəbər
verir ki, püşkün nəticəsinə əsasən hansı matçın hansı şəhərdə
keçiriləcəyi müəyyənləşib.
“Qalatasaray”la “Trabzonspor” arasındakı ilk yarımfinal görüşü
gələn il yanvarın 5-də Qaziantep şəhərində baş tutacaq. “Fənərbaxça” – “Samsunspor” matçı 6 yanvar tarixində Adanada
keçiriləcək.
Final oyunu isə yanvarın 10-da İstanbul Atatürk Olimpiya
Stadionunda olacaq. Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat
21:30-da start götürəcək.
Qeyd edək ki, Türkiyə Super Kuboku ilk dəfə 4 komandanın
iştirakı ilə təşkil olunacaq.

