
Türkiyə Argentinanın aşağı yaş qruplarında forma geyinən futbolçu Can Armando Günerin millidə forma geyinməsi üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, milli Komanda rəsmiləri Bundesliqanın “M’Gladbach” komandasında oynayan futbolçunu Türkiyə millisinə gətirmək istəyir.
“Yeni Şafak” qəzetinin məlumatına görə, futbolçunun anası alman, atası türk, nənəsi isə argentinalıdır. Bildirilir ki, Can Armando Güner əvvəlcə Almaniyanın milli komandasının dəvətini qəbul etsə də, sonradan fikrini dəyişərək Argentinanın aşağı yaş qruplarında oynamaq təklifini qəbul edib. Türkiyə rəsmiləri Argentinanın U17 komandasında oynamağa başlayan və Qətərdə keçiriləcək U17 Dünya Kubokunda oynamaq imkanı qazanan hücumçuya dəvət göndəriblər. Futbolçu əsası milli ilə bağlı seçimini hələ etməyib.

