
Bakı. Trend:
“Arsenal”ın müdafiəçisi Qabriel Maqalyaesin durumuna aydınlıq
gəlib.
Trend xəbər
verir ki, Braziliyalı futbolçu bir neçə həftə yaşıl meydanlardan
uzaq qalacaq. Bu barədə komandanın baş məşqçisi Mikel Arteta
məlumat verib.
27 yaşlı mərkəz müdafiəçisi Braziliya milli komandasının
düşərgəsindən zədəli qayıdıb.
Qeyd edək ki, “Arsenal” Qabriel Maqalyaesi 2020-ci ilin yayında “Lill”dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm London
təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 3
məhsuldar ötürmə ilə yadda qalıb.

