
Bakı. Trend:
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli
binaların birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları
hadisə yerinə cəlb edilib.
Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən hadisə yeri
mühafizə edilərək təhlükəsizlik, təxliyyə və digər zəruri tədbirlər
görülür.
20:32
xxx
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli
yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil
olub.
Bu barədə Trend-ə FHN-dən bildirilib.
Qeyd olunub ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və
Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam
edir.
Əlavə məlumat veriləcək.

