Tbilisi qülləsi Azərbaycan bayrağına büründü 

Baş səhifə

Gürcüstanın Tbilisi şəhərinin ən hündür yerində – Mtaçminda parkında yerləşən və paytaxtın simvollarından biri olan televiziya qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.

Modern.az xəbər verir ki, şəhərin mərkəzindən və müxtəlif rayonlardan aydın görünən işıq şousu paytaxtın səmasında xüsusi mənzərə yaradıb.

İşıqlandırma iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin simvolik ifadəsi kimi qiymətləndirilir.

Tbilisi televiziya qülləsinin Azərbaycan Bayrağının rəngləri ilə bəzədilməsi sosial şəbəkələrdə geniş rezonans doğurub və bu görüntü yüzlərlə istifadəçi tərəfindən paylaşılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir