“Qarabağ” “Sumqayıt”ı məğlub edib

Baş səhifə

Futbol üzrə Misli Premyer Liqasında XII turun növbəti oyunu keçirilib.

APA xəbər verir ki, son çempion “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşıb. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubu 26 xalla turnir cədvəlinə başçılıq edir. Ev sahibi komanda isə 20 xalla 5-ci pillədədir.

Günün ilk görüşündə “Kəpəz” “Karvan-Yevlax”ı üstələyib – 2:1.

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir