Afrika ölkələri Azərbaycanın rəqəmsal dövlət məhsullarına böyük maraq göstərir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya
Mərkəzinin açılış mərasimi zamanı “Azərbaycanda rəqəmsallaşma”
mövzusuna həsr olunmuş sessiya keçirilib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Trend-ə verilən məlumata
görə, Afrikanın müxtəlif ölkələrindən 50-dən çox xarici
nüməyəndənin iştirak etdiyi sessiyada İRİA-nın baş kommersiya
inzibatçısı Salar İmaməliyev Azərbaycanın rəqəmsal transformasiya
sahəsində son illərdə əldə edilən mühüm irəliləyişlər haqqında
tədbir iştirakçılarını məlumatlandırıb. O bildirib ki, Azərbaycanın
uğurlu rəqəmsal inkişaf modeli xüsusilə Afrika qitəsi ölkələrində
artan marağa səbəb olub:




Azərbaycanın qabaqcıl rəqəmsal dövlət məhsulları olan
“mygov”, “mygov ID”, Rəqəmsal Sənəd Dövriyyəsi və “digital.bridge”
Afrika qitəsi ölkələri tərəfindən araşdırılır. Biz İRİA olaraq
Azərbaycanın rəqəmsal inkişaf təcrübəsinin Afrikanın bir sıra
ölkələrində tətbiq imkanlarını nəzərdən keçiririk
”.

O, həmçinin qeyd edib ki, rəqəmsal dövlət məhsulları ilə yanaşı,
İRİA-nın nəzdində fəaliyyət göstərən Texnologiyalar Parkının
rezident şirkətlərinin məhsulları da potensial olaraq Afrika
bazarlarına ixrac edilə bilər. Belə ki, Texnoparkın bir neçə
şirkəti qlobal bazarlarda yüksək rəqabət qabiliyyətinə malik olan
məhsul və xidmətlər təqdim edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir