Bakıda yaşayış binasında verən yanğınla bağlı 20 nəfər hospitalizasiya olunub

Baş səhifə

Bakı. Trend:

Noyabrın 21-də saat 19:50 radələrində Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov
küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş
verməsi səbəbilə çağırış qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən
Trend-ə bildirilib
ki, şağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb
olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi
xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi
Mərkəzə hospitalizasiya olunub.




Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə)
Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi
xidmətlərin göstərilməsi davam etdirilir.

3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir