
Kriptovalyuta bazarlarında ucuzlaşma davam edir.
Metbuat.az xəbər verir ki, bitkoinin qiyməti 85000 dollardan aşağı düşüb. “Coinmarketcap” analitik şirkətinin məlumatlarına görə, bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 8,3 faiz azalaraq 2,87 trilyon dollara düşüb. Bazar kapitallaşması baxımından ikinci ən böyük kriptovalyuta olan “Ethereum”un qiyməti da 10 faizdən çox ucuzlaşaraq 2.717 dollara düşüb.
Analitiklər faiz dərəcələri və mənfəət götürmə ilə bağlı narahatlıqların investorları kripto bazarlarından uzaqlaşdırdığını qeyd ediblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

