Dənizdən milyardlıq xəzinə çıxarıldı

Baş səhifə

Kolumbiya Karib dənizində batan İspan hərbi gəmisindən bəzi əsərləri çıxarıb.

Metbuat.az xəbər verir ki, bu barədə Kolumbiyanın hakim dairələri açıqlama verib. Açıqlamada, “San Jose” adlı gəmidən qızıl və bürünc sikkələrin, çini fincan və topun çıxarıldığı qeyd edilib. Qeyd edək ki, “San Jose” gəmisi 1708-ci ildə İspaniyanın varislik müharibəsi zamanı Britaniya Kral Donanması tərəfindən batırılıb. Gəmidə Peru və Kolumbiya kimi Latın Amerikasındakı İspan koloniyalarından götürülmüş çoxlu miqdarda qızıl, gümüş və zümrüd daşınırdı. Bu xəzinənin dəyərinin milyardlarla dollar olduğu təxmin edilir.

Xəzinənin mülkiyyətinə Kolumbiya ilə yanaşı ABŞ-də yerləşən dəniz xilasetmə şirkəti “Sea Search-Armada” da iddia edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir